Qaradağ rayonunun Qobustan qəsəbəsində YNH zamanı 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır
03.08.2015Avqustun 4-də saat 09 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi “KamAZ-53212” markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi “Opel” markalı avtomobilə vurmuş, idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanmış Alim Vəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəymişdir. Nəticədə M.Abbasov hadisə yerində ölmüş, S.Xalidov xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.