Münaqişə zəminində Ü.Bədəlova döş qəfəsindən bıçaqla xəsarət yetirmiş Lənkəran şəhər sakini R.Məcidov tutulmuşdur
29.07.2015İyulun 30-da Lənkəran şəhərinin Separadi kəndində kənd sakini Rəşad Məcidov münaqişə zəminində həmkəndlisi Ülfət Bədəlova döş qəfəsindən bıçaqla xəsarət yetirmişdir.
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məcidov tutulmuşdur.