Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şirvan şəhər sakini S.Rzayeva idarə etdiyi avtomobillə yolu keçən 4 piyadanı vurmuşdur
28.07.2015İyulun 29-da saat 21 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şirvan şəhər sakini Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Rüfət Muradovu, Səriyyə Quliyevanı, Ehtiram Abdullayevi və qardaşı Fərəməzi vurmuşdur. Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.