Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Külli miqdarda narkotik tərkibli bitki aşkar edilmişdir

26.07.2015

Balakən rayonunda naməlum şəxs və ya şəxslər tərəfindən əkilmiş külli miqdarda narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir.


Əldə edilmiş əməliyyat məlumatının yoxlanılması məqsədilə Balakən Payon Polis Şöbəsi, DİN Daxili Qoşunları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin iştirakı ilə birgə keçirdikləri tədbirlər nəticəsində Balakən rayonunda  yerləşən  meşə massivinin  ərazisində 4 sahədə  naməlum şəxs və ya şəxslər tərəfindən əkilmiş və aqrotexniki qaydada qulluq edilmiş külli miqdarda - 5.000-ə  yaxın narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir.     

Faktla bağlı Balakən RPŞ-də qaldırılmış cinayət işi üzrə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

26.07.2015 tarixinə olan kriminal məlumatlar