Bakı şəhər sakini O.Novruzova məxsus “Cherry” markalı avtomobilin paytaxt sakini V.Bağırov tərəfindən qaçırılması müəyyən edilmişdir
25.07.2015İyulun 26-da paytaxtın Nizami rayonu ərazisində yerləşən avtomobillərin təmiri sexindən Bakı şəhər sakini Orxan Novruzova məxsus “Cherry” markalı avtomobil qaçırılmışdır.
Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobilin orada işləyən Bakı şəhər sakini Valeh Bağırov tərəfindən qaçırılması və idarə edilərkən maneəyə vurulması müəyyən edilmişdir.