Oğurluğa görə tutulmuş 3 nəfərin R.Ağayevə məxsus mağazada quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlamaları da müəyyən edilmişdir
23.07.2015Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Qaradağ rayonu ərazisində oğurluq etdiklərinə görə tutulmuş Amid Əliyevin, Nihad Bağıyevin və Elmar Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onların, iyunun 30-da Suraxanı rayon ərazisində, Rafiq Ağayevə məxsus mağazada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1199 manat oğurlamaları da müəyyən edilmişdir.