İyunun 19-da Z.Həsənovun evindən oğurluq etmiş Bakı şəhər sakinləri R.Bayramov və E.Nəsirov tutulmuşlar
19.07.2015Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Zamin Həsənovun evindən 1000 manat və noutbuk oğurlamış Bakı şəhər sakinləri Ramiz Bayramov və Elçin Nəsirov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Xalidə Qurbanovanın və İradə Rüstəmovanın evlərindən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.