Abşeron rayon sakini Y.Əliyevin evindən inşaat materialları oğurlamış şəxslər tutulmuşlar
12.07.2015Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Yaşar Əliyevin evindən inşaat materialları oğurlamış Abşeron rayon sakinləri Vəkil Əhmədov, Azər Orduxanov və Ramin Bəhlulov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Dərgah Quliyevin, Ceyhun Nəsibovun və Dostu Mirzəliyevin evlərindən də inşaat materialları oğurlamaları müəyyən edilmişdir.