Tovuz rayon sakini Ç.Məmmədov xuliqanlıq zəminində həmkəndlisi istiqamətində ov tüfəngindən atəş açdığına görə saxlanılmışdır
12.07.2015İyulun 12-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kənd sakini Çingiz Məmmədov xuliqanlıq zəminində həmkəndlisi Elşən Əliyevin istiqamətində ov tüfəngindən atəş açmışdır. Ç.Məmmədov Tovuz RPŞ əməkdaşları tərəfindən saxlanılmış və ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədlər olan “İJ-18” markalı tüfəng götürülmüşdür.