Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi
08.07.2015İyulun 9-da saat 18 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində Bakı şəhər sakini Səadət Hüseynovanın idarə etdiyi “Nissan” və Quba rayon sakini Bəhruz Nuriyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə B.Nuriyev hadisə yerində ölmüş, 1 sərnişini, habelə S.Hüseynova xəstəxanaya yerləşdirilmişlər.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.