DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Lənkəran şəhər sakini İdrak Ələkbərovun evində tiryəkxana təşkil etməsi müəyyən edilmişdir

28.04.2015

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İdrak Ələkbərovun Şeyx Zahid küçəsindəki evində tiryəkxana təşkil etməsi müəyyən edilmişdir.

Evə baxış zamanı 2 kiloqram 3 qram heroin və digər ləvazimatlar aşkar edilərək götürülmüş, habelə orada narkotik vasitələrdən istifadə edən və İ.Ələkbərovdan narkotik vasitə alan həmyerliləri, əvvəllər məhkum olunmuş Vüqar Əliyevdən 0,65 qram, Cəmil Mirzəyevdən 0,12 qram, Aygün Hüseynovadan 0,096 qram, Cavid Nağızadədən 0,1 qram və Ruslan Nəsirovdan 0,14 qram heroin götürülmüşdür.

28.04.2015 tarixinə olan kriminal məlumatlar