Suraxanı rayonunun Hovsan qəsəbəsində yol-nəqliyyat hadisəsi
21.04.2015Aprelin 22-də saat 09 radələrində Suraxanı rayonunun Hovsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulmuş və o, hadisə yerində ölmüşdür.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Toyota” markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini Nurlan Fərhadov saxlanılmışdır.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.