Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Laçın rayon sakini Yaşar İbrahimov və Qax rayon sakini Eldəniz Atayevin digər cinayət əməlləri də müəyyən edillmişdir

20.04.2015

Aprelin 21-nə keçən gecə Quba rayonunun Paşaoba kəndində rayon sakini İsmayıl Mirzəyevə məxsus avtomobillərin təmiri sexindən yük avtomobilləri üçün ehtiyat hissələri oğurlanmışdır.

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Laçın rayon sakini Yaşar İbrahimov və Qax rayon sakini Eldəniz Atayev tutulmuşlar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 21-nə keçən gecə rayonun Paşaoba, Alekseyevka, İspik kəndlərində Ramil Şeydayevə, Bəhruz Səfərəliyevə, Əfqan Babayevə məxsus avtomobil təmiri sexlərindən avtomobil ehtiyat hissələri, 30 metr dəmir boru, 1 ədəd qapı, 1 ədəd soba və digər əşyalar, aprelin 17-nə keçən gecə Mikayıl Bədəlovun həyətindən isə dəmirdən hazırlanmış 9 ədəd tor oğurlamaları da müəyyən edilmişdir.

20.04.2015 tarixinə olan kriminal məlumatlar