Gəncə şəhərində şəhər sakini Əli Əliyevi qətlə yetirmiş Yaqub Qəhrəmani və hadisədə iştirak etmiş digər şəxs - Əli Qəhrəmani tutulmuşlar
17.04.2015Aprelin 18-də Gəncə şəhərində şəhər sakini Yaqub Qəhrəmani münaqişə zəminində həmyerlisi Əli Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Nəticədə Ə.Əliyev ölmüşdür.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qəhrəmani və hadisədə iştirak etmiş digər şəxs - şəhər sakini Əli Qəhrəmani tutulmuşlar.
Araşdırmalar aparılır.