Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dəmir yolu parkını mühafizə edən vəzifə səlahiyyətlərini aşmış mühafizə əməkdaşları tutulmuşlar

16.04.2015

Aprelin 15-də Sumqayıt şəhərinin ərazisində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T.Ağabəyovun və A.Mursayibovun mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olmuş R.Qurbanovun istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar 16.04.15 tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanmışdır.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ağabəyov və A.Mursayibov tutulmuş, hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti “Revolver” tipli  tapança götürülmüşdür.

16.04.2015 tarixinə olan kriminal məlumatlar