Sumqayıt şəhər sakini Elvin Aslanovdan 3,08 qr, yaşadığı evə baxış zamanı isə 1,047 kq tiryək aşkar edilərək götürülmüşdür
15.04.2015Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Aslanovdan 3,08 qram tiryək götürülmüşdür. Onun yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 47 qram tiryək aşkar edilərək götürülmüşdür.