Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Samir İbrahimovun digər cinayət əməlləri də müəyyən edilmişdir

14.04.2015

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Rəsulova məxsus mağazadan, Rafiq Ağayevə məxsus internet klubdan məişət əşyaları oğurlamış Bakı şəhər sakini Samir İbrahimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Bakı şəhər sakinləri Əjdər Məmmədov və Tərlan Qasımovla birgə Elşad Məmmədova məxsus ofisdən 3 ədəd fotoaparat oğurlaması da müəyyən edilmişdir. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov və T.Qasımov da tutulmuşlar.