Avtomobil qaçırmış Bakı şəhər sakini Sənan Şirinov tutulmuşdur
04.04.2015Aprelin 5-nə keçən gecə Xəzər rayonunun Binə qəsəbəsindən qəsəbə sakini Nadir Ağayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmışdır. Avtomobil həmin gün Keşlə qəsəbəsi ərazisində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilmiş və görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Sənan Şirinov tutulmuşdur.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.