Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Ələt qəsəbəsindəki mağazadan ərzaq məhsulları alıb ödəniş kimi saxta əskinas verənlərin şəxsiyyəti müəyyən edilmişdir

02.04.2015

Cari ilin mart ayı ərzində Qaradağ rayonunun Ələt qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər qəsəbə sakinləri Azər Əhədova, Nənəqız Həşimovaya və Elman Bayramova məxsus (şərik) mağazadan ərzaq məhsulları almış və ödəniş kimi hər birinə 20 manatlıq əskinas vermişdir.

Əskinasların saxta olması müəyyən edilmişdir. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əskinasları vermiş şəxslərin qəsəbə sakinləri Məhəbbət Şəmilzadə və Davud Azadxanlı olması müəyyən edilmiş və onlar tutulmuşlar.

D.Azadxanlıya məxsus Ələt qəsəbəsində yerləşən internet kluba baxış zamanı rəngli printer və skaner aparatları aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

02.04.2015 tarixinə olan kriminal məlumatlar