İsmayıllı rayonunun Qurbanəfəndi kənd sakini Məhəmməd Əhmədov qısqanclıq zəminində arvadı Baharı və qonşusu Allahverdi Rəhimovu qətlə yetirmişdir
24.03.2015Martın 24-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində kənd sakini Məhəmməd Əhmədov qısqanclıq zəminində tüfəngdən atəş açaraq arvadı Bahara və qonşusu Allahverdi Rəhimova xəsarət yetirmişdir. Bahar və A.Rəhimov hadisə yerində ölmüşlər.
İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov tutulmuş, hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “TOZ-16” markalı tüfəng götürülmüşdür.