Xaçmaz rayonunun Çaxçaxlı kəndində yol-nəqliyyat hadisəsi
24.03.2015Martın 24-də saat 22 radələrində Xaçmaz rayonunun Çaxçaxlı kəndində şəhər sakinləri Məmməd Xəlilovun idarə etdiyi “VAZ-2107” və Etibar Abdullayevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. M.Xəlilov və 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.