Oğurluq etmiş Ağcabədi rayon sakini Ruslan Məmmədov və Yevlax rayon sakini Vüsal Hüseynov tutulmuşlar
28.03.2015Martın 27-də Sabunçu qəsəbə sakini Samir Tahirovun evindən pəncərədən girmək yolu ilə 1 ədəd noutbuk oğurlanmışdır.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağcabədi rayon sakini Ruslan Məmmədov və Yevlax rayon sakini Vüsal Hüseynov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların martın 27-də Şərabanı Məmmədovanın evindən 800 manat və qızıl əşyalar oğurlamaları da müəyyən edilmişdir.