Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
28.03.2015Martın 28-də saat 21 radələrində Xətai rayonu ərazisində Cəlilabad rayon sakini Rüstəm Bədirovun idarə etdiyi "Mercedes" markalı və Gürcüstan vətəndaşı Mustafa Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtobus toqquşmuşdur. Nəticədə R.Bədirov və sərnişini, Masallı rayon sakini Mübariz Abbasov, M.Məmmədovun 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, R.Bədirov və M.Abbasov orada ölmüş, digərlərinə ilkin tibbi yardım göstərilmişdir.
Xətai RPİ tərəfindən araşdırma aparılır.