Sabunçu rayonunun Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsi
27.03.2015Martın 27-də saat 10 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Ağaverdi Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Nabat Ələkbərovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş N.Ələkbərova orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.