Nizami rayonunun T.Abbasov küçəsində yol-nəqliyyat hadisəsi
18.03.2015Martın 17-də saat 15 radələrində paytaxtın Nizami rayonunun T.Abbasov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Sahilə Məmmədova vurulmuşdur. S.Məmmədovaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.