Salyan rayonunun Parça Xalac kəndində yol-nəqliyyat hadisəsi
17.03.2015Martın 17-də saat 07 radələrində Salyan rayonunun Parça Xalac kəndində rayon sakini Teymur Abıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili kanala aşırmışdır. Nəticədə o, suda boğulmuşdur. Avtomobil kanaldan çıxarılmışdır.
Salyan RPŞ tərəfindən araşdırma aparılır.