Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Neftçala rayon sakini Zeynal Zeynalov ölmüşdür
02.03.2015Cari il fevral ayının 5-də Sumqayıt şəhər sakini Mirsadiq Zeynalovun idarə etdiyi “VAZ-2107” və Abşeron rayon sakini Tural İbrahimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. M.Zeynalovun xəstəxanaya yerləşdirilmiş sərnişini, Neftçala rayon sakini Zeynal Zeynalov martın 2-də orada ölmüşdür.