İki paytaxt sakinini bıçaqla hədələyib onlardan birinin mobil telefonunu almış şəxslər saxlanılmışlar
26.01.2015Yanvarın 26-da Nəsimi rayonu ərazisində şəxsiyyəti məlum olmayan 4 nəfər Bakı şəhər sakinləri Allahverən Babayevi və Abduləli Abdullayevi bıçaqla hədələyib, A.Babayevin mobil telefonunu almışlar.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qax rayon sakini Emil Qocayev, Salyan rayon sakini Mirağa Əhədov, Abşeron rayon sakini Fuad Teymurov və Culfa rayon sakini Sunay Quliyev saxlanılmışlar.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.