Sulutəpə qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini M.Mirbalazadə vurulmuşdur
26.01.2015Yanvarın 26-da saat 09 radələrində Sulutəpə qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mirağa Mirbalazadə vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.