“Yəhova şahidləri” dini təriqətini təbliğ etmiş Lökbatan qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov saxlanılmış və barələrində protokol tərtib edilmişdir
21.01.2015Yanvarın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində qəsəbə sakinləri Məhluqə Əhmədova və İsmayıl Bağırov “Yəhova şahidləri” dini təriqətini təbliğ etdikləri üçün Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişlər. Onlardan təbliği və yayılması qanunla qadağan olunmuş 10 ədəd dini kitab götürülmüş və barələrində İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən protokol tərtib edilmişdir.