Münaqişə zəminində tüfəngdən atəş açaraq Qaradağ rayon sakinləri Cahid və Cavid Rəhimovları qətlə yetirmiş Z.Tərlanov tutulmuşdur
08.01.2015Yanvarın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini Zaur Tərlanov münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerliləri Cahid Rəhimovu və onun qardaşı Cavidi qətlə yetirmişdir.
Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Tərlanov tutulmuşdur. Hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “SHELLS” markalı tüfəng götürülmüşdür.