Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr götürülmüşdür

06.06.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Çevik Polis Alayı əməkdaşları Suraxanı RPİ 33-cü PB əməkdaşları ilə birgə Qaraçuxur qəsəbə sakini Həsən Qələmovdan 6,14 qram marixuana, Sabunçu RPİ 15-ci PB əməkdaşları Nardaran qəsəbə sakini Xeyrulla Qasımovun həyətyanı sahəsindən kültivasiya yolu ilə yetişdirilmiş, çəkisi 575 qram olan 6 ədəd çətənə kolu, evindən isə 200 qram marixuana, Nəsimi RPİ 22-ci PB əməkdaşları Gəncə şəhər sakini Tuqay Bayramovdan 91,152 qram tiryək, 19-cu PB əməkdaşları Sumqayıt şəhər sakini Rəşad Tağıyevdən 0,186 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Elman Zairovun mənzilinə baxış zamanı 334,32 qram marixuana, Neftçala RPŞ əməkdaşları Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Məcidovdan 13,5 qram marixuana götürmüşlər, Xanlar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Toğana kəndinin ərazisində 0,5 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1,5 ton olan 4525 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.