Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, çətənə və xaş-xaş kolları yığılaraq məhv edilmişdir

05.06.2007

DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki Hava Limanının ərazisində yabanı halda bitmiş, çəkisi 1941 kiloqram olan 9237 ədəd, Xanlar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Toğana kəndinin ərazisində 20 sot sahədə yabanı halda bitmiş, çəkisi 870 kiloqram olan 2415 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir. Əli Bayramlı şəhər sakini Rövşən Cəbrayılov 0,024 qram heroini könüllü olaraq polisə təhvil vermişdir. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cəbrayılova narkotik vasitəni satmış həmyerlisi, əvvəllər məhkum olunmuş Fəxrəddin Novruzov tutulmuşdur. Mingəçevir ŞPŞ əməkdaşlarınının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Pərvin Mehnətovdan 0,43 qram həşiş götürülmüş, narkotik vasitəni ona stamış həmyerlisi Zaur Yusifov tutulmuşdur. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Həsən Bağırov 0,046 qram heroini həmyerlisi Sərhəd Süleymanova satarkən tutulmuşdur. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Mühafizə İdarəsi əməkdaşları Nizami RPİ əməkdaşları ilə birgə Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Emil Məmmədovdan 0,194 qram heroin, Sabunçu RPİ 13-cü PB əməkdaşları Bakı şəhər sakini Teymur İsmayılovdan 0,181 qram heroin, Nəsimi RPİ 21-ci PB əməkdaşları Bakı şəhər sakini Saleh Əliyevdən 0,206 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları H.Z.Tağıyev qəsəbə sakini Hacıağa Mütəllimovdan 0,218 qram heroin, Salyan RPŞ əməkdaşları şəhər sakini Fariz Mehdiyevdən 1,428 qram tiryək, Xaçmaz RPŞ əməkdaşları rayon sakini Füzuli Alışanovdan 1,42 qram həşiş, Ağcabədi RPŞ əməkdaşları Hindarx kənd sakini Namiq Allahverdiyevdən 0,246 qram heroin götürmüşlər.