Dekabr ayının 29-da Qusar rayonunun Yeni-Həyat kəndində kənd sakini T.Qasımovun münaqişə zəminində qohumu Q.Musaxanovu döyməsi faktı üzrə cinayət işi başlanılmışdır
02.01.20152014-cü il dekabr ayının 29-da Qusar rayonunun Yeni-Həyat kəndində kənd sakini Tehran Qasımov münaqişə zəminində qohumu Qiyas Musaxanovu döymüşdür. Xəstəxanaya yerləşdirilmiş Q.Musaxanovun vəziyyəti ağırdır.
Faktla əlaqədar 2015-ci il yanvarın 2-də rayon prokurorluğu tərəfindən cinayət işi başlanılmışdır.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.