Paytaxt ərazisində dilənçiliklə məşğul olduqlarına görə 78 nəfər saxlanılmışdır
02.01.2015Binəqədi RPİ əməkdaşları tərəfindən dilənçiliklə məşğul olduqlarına görə 72 nəfər (22 qadın, 17 kişi və 33 azyaşlı) saxlanılmış, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Xızı rayonuna, Nərimanov RPİ əməkdaşları tərəfindən dilənçiliklə məşğul olduqlarına görə 6 nəfər (2 qadın və 4 azyaşlı) saxlanılmış, onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Yevlax rayonuna göndərilmişlər.