Bakı şəhər sakini İqor Samoylenkonu döyərək qətlinə səbəb olmuş Nəsrulla Zaqidulin tutulmuşdur
27.12.2014Dekabrın 24-də Səbail rayonu ərazisindən Bakı şəhər sakini İqor Samoylenko sərxoş halda xəstəxanaya gətirilmiş və dekabrın 27-də orada ölmüşdür.
Dekabrın 27-də Maya Nikolayevna Batolova Səbail RPİ 8-ci PB-yə müraciət edərək dekabrın 24-də oğlu İ.Samoylenkonun naməlum şəxs tərəfindən döyülməsini bildirmişdir.
Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Nəsrulla Zaqidulin tutulmuşdur.