Bərdə rayonunun Zümürxan kəndində yol-nəqliyyat hadisəsi
26.12.2014Dekabrın 26-da saat 19 radələrində Bərdə rayonunun Zümürxan kəndində Tərtər şəhər sakini İlqar Hümbətov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən kənd sakini Zabil Əhmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.