Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov tutulmuşlar
23.12.2014Dekabrın 23-də Yasamal rayonunun Z.Əhmədbəyov küçəsində özlərini polis əməkdaşı kimi təqdim etmiş 3 nəfər naməlum şəxs Bakı şəhər sakini Balacaxanım Qafarovaya fahişəliklə məşğul olduğunu bildirib polisə aparacaqları ilə hədə-qorxu gələrək ondan 80 manat almışlar.
Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Əlihüseyn İmanov, Abdulla Fətullayev və Veysəl Şükürov tutulmuşlar.
Yasamal RPİ tərəfindən araşdırmalar aparılır.