Narkotik vasitə ilə tutulmuş Mingəçevir şəhər sakini X.Ramazanovun digər cinayət əməli də müəyyən edilmişdir
21.12.2014Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam Ramazanovdan 0,165 qr heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 19-da Bahar Mustafayevanın çantasından 700 manat və sənəd oğurlaması da müəyyən edilmişdir.