Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yol-nəqliyyat hadisəsi
21.12.2014Dekabrın 20-də saat 11 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində rayon sakinləri İlham Hüseynovun idarə etdiyi “BMW” markalı və Əjdər Qarayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşmuşdur. Xəstəxanaya yerləşdirilmiş Ə.Qarayev dekabrın 21-də orada ölmüşdür.
Goranboy RPİ tərəfindən araşdırma aparılır.