Cəlilabad rayonunun Şükürlü kənd sakinləri Ayaz Mirzəyev və Rövşən Mirzəyev tapdıqları narkotik vasitələri təhvil vermişlər
18.12.2014Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində kənd sakinləri Ayaz Mirzəyev və Rövşən Mirzəyev təsərrüfat işləri ilə məşğul olarkən 4 kiloqram 939,9 qram tiryək, 19,38 qram heroin və 4 kiloqram 600 qram marixuana tapmış və Dövlət Sərhəd Xidmətinin oradakı zastavasına təhvil vermişlər.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılmış və toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdir.