Masallı rayon sakini Firuddin Kərimov 169 qr marixuananı və 1,45 kq tiryəki satarkən tutulmuşdur
12.12.2014Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində və Cənub Bölgəsində Regional şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Firuddin Kərimov 169 qram marixuananı və 1 kiloqram 450 qram tiryəki satarkən tutulmuşdur.