Bakı şəhər sakini Elmar Novruzova bıçaqla xəsarət yetirmiş Şahin Əliyev tutulmuşdur
09.12.2014Dekabrın 9-da Xətai rayonunun Əhmədli qəsəbəsində Bakı şəhər sakini Şahin Əliyev münaqişə zəminində paytaxt sakini Elmar Novruzova bıçaqla xəsarət yetirmişdir.
Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əliyev tutulmuşdur.