Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi
27.11.2014Noyabrın 27-də saat 21 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Aydın Abdullayev vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Honda” markalı avtomobilin sürücüsü - qəsəbə sakini Nəsir Quliyev saxlanılmışdır.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.