Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yol-nəqliyyat hadisəsi
25.11.2014Noyabrın 25-də saat 11 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini Aysel Rəhimova vurulmuşdur. A.Rəhimovaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.