Cəlilabad şəhər sakini Ələddin Abdullayevin həyətindəki yardımçı otağında məişətdə istifadə edilən qaz balonu partlamışdır
25.11.2014Noyabrın 25-də saat 22 radələrində Cəlilabad şəhər sakini Ələddin Abdullayevin həyətindəki yardımçı otağında məişətdə istifadə edilən qaz balonu partlamışdır. Yanıq xəsarəti almış Ə.Abdullayev və həmyerlisi Rasim Yusubov xəstəxanaya yerləşdirilmişlər. R.Yusubova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.