Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi
19.11.2014Noyabrın 19-da saat 20 radələrində Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Zeynalov vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.