Suraxanı qəsəbəsində olan taxta konstruksiyalı tikilidə yanğın baş vermişdir
19.11.2014Noyabrın 19-da saat 23 radələrində Suraxanı rayonu Suraxanı qəsəbəsi A.Rzayev küçəsində ümumi sahəsi 3 kvm. olan taxta konstruksiyalı tikilidə yanğın baş vermişdir. Nəticədə tikili yanmış və orada yaşayan, tüfeyli həyat tərzi keçirən Xanlar Əliyev yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir.
Araşdırma aparılır.