Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Tapdıq Vəliyev yerləşdirildiyi xəstəxanada ölmüşdür
15.11.2014Noyabrın 12-də saat 13 radələrində Gəncə şəhərində şəhər sakini Firdovsi Yadigarov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən həmyerlisi Tapdıq Vəliyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş yaralı noyabrın 15-də ölmüşdür.