Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakinləri Kərim Kubayev və Renat Məhərrəmovun digər cinayət əməli də müəyyən edilmişdir
11.11.2014Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da Mənsurə Əsgərovaya məxsus mağazadan içərisində 55000 manat və sənəd olan seyfi oğurlamış Bakı şəhər sakinləri Kərim Kubayev və Renat Məhərrəmov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 13-də Rüfət Abışova məxsus mağazadan içərisində 65000 manat olan seyfi oğurlamaları da müəyyən edilmişdir.